Çiçək
Çiçək

Piri Əliyev - Çiçək Lyrics

2
Çiçək Music Video

Çiçək Lyrics

Bu da bir sığara
Söz qəhəd olub
Yanır xəyalımda bir lala-çiçək
Könlümdən içməli bir şərab keçir
Önümdə çalxanır piyala-çiçək
Sözüm biyabana... bir söz deyilsə Qismətim calanar yana əyilsə
Oğrun baxışlarla bir qız döyülsə
Göz çalar qaraya, üz ala, Çiçək
Sən bir nağıl qızsan, mən bir nağılçı... Dilim "Dilkeş" çalır, könlüm "Zarıncı"
Bir üzü cəhrayı, biri narıncı
Boylanır hüsnündən bir əla çiçək
Qız dönüb çiçəyə, çiçək də qıza
Qalmışam içimdən qan sıza-sıza
Can atır toxunsun qələm kağıza
Qorxum ağızlarda söz ola Çiçək

Gilasa bənzəyir gözün, ay dəli
Gilas da yeməli, göz də yeməli
Sən bir türk nəğməsi adı "Düyməli"
Sorağın yayılıb mahala, Çiçək

Gilasa bənzəyir gözün, ay dəli
Gilas da yeməli, göz də yeməli
Sən bir türk nəğməsi adı "Düyməli"
Sorağın yayılıb mahala, Çiçək

Gözəllik Tanrıdı, mən ona bəndə
Könlümü salmısan tilsimə, bəndə
Günah nə səndədi, nə də ki, məndə
Bizə Haqdan enib bu «bəla», Çiçək
Özümü sevgidə naşı sayırdım
Səni gözəllərin başı sayırdım
O siyah zülfündən üç tel ayırdım
Çaldıqca söz yatdı sığala, Çiçək
Havada ayaz var, ay gözəl huma
Birdən üşüyərsən gəl gir qoynuma
Səni sevmək düşüb mənim boynuma
Dostu düçar etmə məlala, Çiçək
Oxşadım hüsnünü, camalını mən
candan üstün tutdum vüsalını mən Neynirəm dünyanın cəlalını mən
Sahibəm sənin tək cəlala, Çiçək

Gilasa bənzəyir gözün, ay dəli
Gilas da yeməli, göz də yeməli
Sən bir türk nəğməsi adı "Düyməli"
Sorağın yayılıb mahala, Çiçək

Gilasa bənzəyir gözün, ay dəli
Gilas da yeməli, göz də yeməli
Sən bir türk nəğməsi adı "Düyməli"
Sorağın yayılıb mahala, Çiçək

Sorağın yayılıb mahala, Çiçək

Bir vaxt bu sevgimi mən gizləmişəm
Öpüb xəyalını əzizləmişəm
Yol üstə yolunu çox gözləmişəm
Gözlərim qarala-qarala, Çiçək
Yer mənim, göy mənim, kainat mənim
Qızıl yəhər mənim, kəhər at mənim
Üstü «eşq» möhürlü bu mandat mənim, Gəlmişəm qapını arala
Çiçək

Şukranlar olsun ki, yetişdik kama
Döndük bir dam altda biz bir cüt şama. Şərabla birlikdə süzülüb cama
Gətir, gətir məni bir hala, Çiçək
Bu da son sığara... hər yan kül-kömür
Can cəfa içində, tükənir ömür
Bir qız Bakını heçliyə gömür
Bir gəlin döndükcə marala, Çiçək
Bir gəlin döndükcə marala, Çiçək

Writer(s): Nizami Saraclı, Piri Əliyev
Copyright(s): Lyrics © DistroKid
Lyrics Licensed & Provided by LyricFind

Post your Interpretation

Attach an image to this thought

Drag image here or click to upload image

The Meaning of Çiçək

Be the first!

Post your thoughts on the meaning of "Çiçək".

Frequently Asked Questions

Lyrics Discussions
by Belters Only, Jazzy

1

42
Hot Songs
by SZA

1

867
Recent Blog Posts